Xəbər lenti

Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti Silahlı Qüvvələrin 100 illiyi münasibətilə iyunun 25-də Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib.

Nazirliyin mətbuat xidmətindən  verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə və Zərifə Əliyevanın məzarına əklil və gül dəstələri qoyulub, xatirələri hörmət və ehtiramla yad edilib.

Sonra Müdafiə Nazirliyinin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib. Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına əklil və gül dəstələri qoyulub.

 




Ana səhifəyə qayıt        Baxış: 729          Tarix: 25-06-2018, 16:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma