Xəbər lenti

Mədəniyyət Nazirliyinin Aparatının yeni təsdiq edilən strukturunda Aparatın rəhbəri və şöbə müdiri vəzifələrinə kadr təyinatları həyata keçirilib.

Mədəniyyət Nazirliyindən Strateq.az-a verilən məlumata görə, nazirin müvafiq əmrinə əsasən, Fikrət Köçəri oğlu Babayev nazirliyin Aparatının rəhbəri təyin edilib.

Yeni yaradılan Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsi Vüqar Şixəmmədova havalə edilib.

Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri isə Aslan Cəfərovtəyin olunub.

İntiqam Hümbətov isə Mədəniyyət Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, İ.Hümbətov bundan əvvəl nazirlikdə İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun müdiri işləyib.

 




Ana səhifəyə qayıt        Baxış: 595          Tarix: 28-06-2018, 13:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma