Xəbər lenti

“Bakı-Sumqayıt yolunda təmir işləri yekunlaşıb”.

“APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli məlumat yayıb. Onun sözlərinə görə, bu gün axşam saatlarında Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsində asfalt-beton örtüyünün üst qatının yenilənməsi işləri başa çatıb. A.Nəcəfli qeyd edib ki, Bakı-Sumqayıt yolunda nəqliyyatın hərəkəti tam bərpa edilib.

“Sözügedən ərazidə 250 min kvadratmetr sahədə asfalt-beton örtüyü tam olaraq yenilənib. Zəruri yerlərdə yeni yol nişanları quraşdırılıb, xətlənmə işləri aparılıb”, – deyə Agentlik rəsmisi vurğulayıb.

Xatırladaq ki, iyunun 26-dan 27-nə keçən gecədən etibarən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 6-11-ci km-lik hissəsində (Bakı Beynəlxalq Avtovağzalı-Xırdalan dairəsi) asfalt-beton örtüyünün intensiv hərəkət nəticəsində və təbii təsirlərdən aşınmaya məruz qalan üst qatının yenilənməsi işlərinə başlanılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 674          Tarix: 4-07-2018, 12:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma