Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiyasının yeni tərkibi təsdiqlənib.
Strateq.az Nazirlər Kabinetinə istinaədn bildirir ki, bununla bağlı Baş nazir Novruz Məmmədov qərar verib.
Dəyişikliyə əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin kollegiya üzvlərinin sayı 9 nəfərdən ibarət müəyyənləşdirilib:
Kollegiyanın sədri
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Kollegiyanın üzvləri:
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavinləri
Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri
Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Aparatının rəhbəri
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin “Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutunun direktoru
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutunun direktoru
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru.
Paylaş: