Xəbər lenti

Dövlət Gömrük Komitəsi (DGK) Bakı Baş Gömrük İdarəsi Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin apardığı analizlərin nəticəsi əsasında, tələblərə cavab verməyən, qablaşdırılmasında uyğunsuzluqlara yol verilən və ölkə ərazisində dövlət qeydiyyatına alınmayan dərman preparatlarını dövriyyədən çıxarıb. 

Bu barədə Ovqat.com-a DGK-dan məlumat verilib.

Məlumata görə, Rusiya, Ukrayna və Avropa ölkələrindən "Referans pharmaceuticals", "Radez", "Si Medical", "Zeytun Pharmaceuticals", "Qırxbulaq", "Eco B Tam Xarici İnvestisiyalı", "Trokas pharma və digər firmalar tərəfindən müxtəlif vaxtlarda idxal edilən 6 024 975,73 rubl, 15 339 avro, 92 233,6 ABŞ dolları və 448 türk lirəsi dəyərindəki dərman vasitələri Sumqayıt şəhəri yaxınlığındakı ekoloji poliqonda yandırılaraq məhv edilib.

 




Ana səhifəyə qayıt        Baxış: 954          Tarix: 25-05-2017, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma