Xəbər lenti

Bakıda saxta diplom satan şəxs tutulub.

Ovqat.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər sakini Nəbi Yuifov paytaxtın Yasamal rayonu ərazisində iki nəfərin adına olan, ali təhsil müəssisələrindən birinin saxta diplom blanklarının hər birini 5000 manata satarkən tutulub.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 320-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) maddəsi ilə cinayət işi başlanılıb.

 




Ana səhifəyə qayıt        Baxış: 1 057          Tarix: 2-06-2017, 13:28      

Xəbəri paylaş


Paylaş:   

Prizma