Xəbər lenti
Dünən, 19:03
Dünən, 09:52
13-02-2026, 18:57
13-02-2026, 18:44
13-02-2026, 16:00
13-02-2026, 15:43
13-02-2026, 11:56
13-02-2026, 10:29
12-02-2026, 19:03
12-02-2026, 18:21
12-02-2026, 14:34
12-02-2026, 10:23
11-02-2026, 18:10
11-02-2026, 17:50
11-02-2026, 16:15
11-02-2026, 13:59
11-02-2026, 11:23
11-02-2026, 10:30
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Medicina.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 5-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 24-28, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 55-65 faiz olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20, gündüz 25-30, dağlarda gecə 8-13, gündüz 15-20 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, oktyabrın 5-6-da Abşeron yarımadasında komfort temperatur şəraiti meteohəssas insanlar üçün əlverişli olsa da, gilavar küləyinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Video




























