Qaradağda xəstəxananın həyətində 18 yaşlı gənc bıçaqlanıb.
“Report”un xəbərinə görə, hadisə oktyabrın 1-də rayonun Qobustan qəsəbəsində yerləşən Zaur Bayramov adına 9 saylı Birləşmiş Uşaq Xəstəxanasının həyətində baş verib.
Belə ki, 1996-cı il təvəllüdlü İlkin Şərbətəli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2001-ci il təvəllüdlü Sənan Nəcəflini mətbəxt bıçağı ilə vuraraq xəsarət yetirib.
Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin (CM) 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi başlanılıb və ertəsi günü isə İ.Şərbətəli şübhəli şəxs qismində saxlanılıb.
Daha sonra CM-in 128-ci maddəsi 126.1-ci (qəsdən sağlamlığa ağıra zərərvurma) maddəsinə tövsif edilib.
Hazırda istintaq tədbirləri davam etdirilir.
Paylaş: