Xəbər lenti

Milli Məclisin Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında deputatlar “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik layihəsi müzakirə olunub.

“Report” xəbər verir ki, məcəlləyə əsasən, nəzərdə tutulmuş əməllər yetkinlik yaşına çatmayanların spirtli içki, narkotik vasitələr və ya psixotrop maddələr qəbul etməsinə və ya avaralıqla məşğul olmasına, cinayət məsuliyyətinə cəlb etməyə imkan verən yaş həddinə çatmamış uşaqlar tərəfindən cinayət əlamətləri olan ictimai təhlükəli əməlin törədilməsinə və ya on dörd yaşından on altı yaşınadək uşaqlar tərəfindən inzibati xəta əlamətləri olan əməlin törədilməsinə səbəb olduqda altmış manatdan yüz manatadək məbləğdə cərimə edilirdisə,bundan sonra yüz manatdan iki yüz əlli manatadək cərimələnəcək.

Bundan başqa, məcəllənin 212.2-ci maddənin dispozisiyası yeni redaksiyada veriləcək. Belə ki, “Tütün və tütün məmulatı haqqında” Azərbaycan Respublikasının qanunu ilə qadağan edilmiş yerlərdə hər kəsin yaxşı görə biləcəyi lövhələrdə “Tütün çəkmək qadağandır” yazısının və ya işarəsinin olmasının təmin edilməsinə görə yetkinlik yaşına çatmayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmulatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsi maddəsinə əsasən altmış manatdan yüz manatadək məbləğdə cərimə ediləcək. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynlər və ya digər qanuni nümayəndələr yüz manatdan iki yüz əlli manatadək məbləğdə cərimə ediləcək.

Məcəlləyə yeni 522-ci (Yetkinlik yaşına çaymayanlara satış məqsədi olmadan alkoqolluq içkilərin, tütün məmumlatlarının verilməsi, onların alkoqollu içşilərdən və ya tütündən istifadə prosesinə cəlb eduilməsi) maddəsi əlavə edilir.

Yetkinlik yaşına çaymayanlara satış məqsədi olmadan alkoqollu içkilərin, tütün məmumlatlarının verilməsi, onların alkoqollu içkilərdən və ya tütündən istifadə prosesinə cəlb edilməsinə görə 60 manatdan 100 manatadək məbləğdə cərimə nəzərdə tutulur. Eyni əməllər yetkinlik yaşına çatmayanların valideynləri və ya digər qanuni nümayəndələri tərəfindən törədildikdə valideynləri və ya digər qanuni nümayəndələr 100 manatdan 250 manatadək cərimə edilir.

 




Ana səhifəyə qayıt        Baxış: 950          Tarix: 5-06-2017, 12:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma