Xəbər lenti

 

IV İslam Həmrəyliyi Oyunları ərəfəsində Atletlər kəndinin həyata keçirdiyi nəqliyyat əməliyyatlarına görə yeri dəyişdirilən “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzinin əvvəlki yerinə qaytarılması istiqamətində görülən işlər artıq yekunlaşmaqdadır.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev deyib.

O bildirib ki, “Koroğlu” Nəqliyyatı Mübadilə Mərkəzində hərəkətin təhlükəsizliyi baxımından əlavə tədbirlər görülüb. Avtobusların daxil olduğu perronların girişlərinə sürət azaldan maneələr qoyulub, sərnişinlər üçün məlumatverici və maarifləndirici lövhələr vurulub. Mərkəzin köçürülməsi yaxın günlərdə baş tutacaq. Artıq bununla bağlı Bakı ətrafı kənd və qəsəbələrdən bu istiqamətdə hərəkət edən marşrut xətlərinin müvəqqəti istismarını həyata keçirən daşıyıcılara xəbərdarlıq edilib./AZƏRTAC/

 



Ana səhifəyə qayıt        Baxış: 974          Tarix: 6-06-2017, 14:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma