Xəbər lenti

  

Mingəçevir şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Qəza şəhərin Səməd Vurğun meydanında qeydə alınıb.

Belə ki, meydanın mərkəzi hissəsində Yaşar Hamayıl oğlu Quliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobil Knyaz Niyazi oğlu Əsədovun idarə etdiyi KİA markalı avtomobillə toqquşub. Nəticədə taksi fəaliyyəti ilə məşğul olan "VAZ-2106" markalı maşının sərnişini Nicat Hikmət oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına aparılıb və ona ilkin tibbi yardım göstərilib.

Xəstəxanadan Nicat İsmayılovun vəziyyətinin qənaətbəxş olduğu, müalicəsi davam etdirildiyi bildirilib.

Faktla bağlı araşdırma aparılır. /Report/

 




Ana səhifəyə qayıt        Baxış: 787          Tarix: 8-06-2017, 19:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma