Xəbər lenti

 

31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsi, bayram şənliklərinin təşkil olunduğu və insanların daha çox toplaşdıqları məkanlarda, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qəza-xilasetmə qurumları və regional mərkəzləri dekabrın 31-dən yanvarın 7-dək gücləndirilmiş iş rejimində çalışacaq.

FHN-dən Axar.az-a bildiriblər ki, bununla bağlı Fövqəladə Hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən müvafiq əmr imzalanıb.




Ana səhifəyə qayıt        Baxış: 470          Tarix: 27-12-2019, 14:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma