Xəbər lenti

 

Xəbər verdiyimiz kimi 2019-cu ilin noyabrında itkin düşən, Xəzər televiziyasında yayımlanan və Xoşqədəm Hidayətqızının aparıcılıq etdiyi "Səni axtarıram" verlişində axtarılan 10 yaşlı Nərmin Quliyevin yanmış meyiti tapılıb. Bu gün axşam saatlarında isə bəzi mətbuat orqanlarında aparıcı Xoşqədəm Hidayətqızının Nərminin işi ilə bağlı ifadə üçün polis bölməsinə çağırıldığını və orada da saxlanılması ilə məlumatlar gedib.

Aparıcının vəkili Tahir Əlirzayevlə əlaqə saxlayıblar.

O, yayılan məlumatların yalan olduğunu söyləyib: "Xoşqədəm xanımla 1saat bundan öncə danışmışam. Onun saxlanılması ilə bağlı xəbərlər şaiyədən başqa bir şey deyil". \\Sonxeber




Ana səhifəyə qayıt        Baxış: 627          Tarix: 13-01-2020, 23:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma