Xəbər lenti

 

Bakıkarta gedişhaqqı yükləmək üçün ödəmə terminalı var, amma yalnız kağız əskinas qəbul edir.

Ovqat.com xezerxeber.az-a istinadən bildirir ki, son vaxtlar bəzi avtobus dayanacaqlarında ödəmə terminallarının qəpik qəbul edən hissəsi yapışkan lentlə sarınıb.
Sakinlərin sözlərinə görə, əvvəllər terminallarda tez-tez qəpik problemi yaranırdı. Aparat ya qəpiyi qəbul etmirdi, ya da qəpiklə ödəniş etdikdə hesaba yüklənmirdi. Son bir neçə aydır terminala ümumiyyətlə qəpiklə ödəniş etmək mümkün deyil.
Məsələn, Binəqədi rayonu Mircəlal küçəsi boyunca bütün terminallar, həmçinin Şamaxinka kimi tanınan ərazidə yerləşən dayanacaqda da olan ödəniş məntəqələrinin demək olar ki, hamısı bu cür lentlə sarınıb. Bu isə bu ərazidə yaşayan sakinlərə ödəniş etməkdə çətinlik yaradır.

Məsələ ilə bağlı terminalları quraşdıran Milli ön şirkətindən bildirdilər ki, problemdən xəbərdardırlar. Sadəcə həmin aparatın ehtiyat hissələri xaricdən gətirildiyindən təmiri bir müddətdir yubanır. Yaxın günlərdə isə terminallara hər iki əskinaslarla ödəniş mümkün olacaq.




Ana səhifəyə qayıt        Baxış: 968          Tarix: 11-06-2017, 00:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma