Xəbər lenti


Lənkəran sakini, 1989-ci il təvəllüdlü Vüsalə Əliyevanın qızı Diana Əliyevanın Lənkəran polisi tərəfindən cinsi təcavüzə məruz qalmasıyla bağlı Hurriyyet.org-da yayımlanan informasiyadan sonra redaksiya olaraq, məsələnin obyektiv araşdırılması üçün Lənkəran rayon Polis Şöbəsinə məktub ünvanlamışdıq. Redaksiyamıza Lənkəran rayon Polis Şöbəsinin rəisi Fəqan Azadəliyevin adından məktub daxil olub. Məktubda cinayət işinin istintaqının aparıldığı bildirilir:

“Sizin 256/35 nömrəli 14 iyul 2020-ci il tarixli məktubunuza cavab olaraq bildiririk ki, “Lənkəran polisində rəzalət, polis əməkdaşı 14 yaşlı qızla intim əlaqədə oldu, rayonun bütün vəzifəli şəxsləri bu işi ört-basdır etməyə çalışır” sərlövhəli yazı ilə əlaqədar bildiririk ki, qeyd edilən fatla əlaqədar Lənkəran ŞRPŞ-nin İB-də cinayət işinin istintaqı aparılır”.

Araşdırmamızdan sonra məlum oldu ki, 14 yaşlı qızı cinsi təcavüzə məruz qoyan polis əməkdaşı Orxan Şahmarov işdən kənarlaşdırılmamış, əksinə mükafat olaraq, xidməti yeri dəyişdirilərək Xızıya göndərilib.

Maraqlıdır ki, Lənkəran polisi və Daxili İşlər Nazirliyi azyaşlı qıza təcavüz edən birini cəzalandırmaqda bu qədərmi acizdir? Proflaktika adıyla vəzifə səlahiyyətlərindən sui istifadə edən polis əməkdaşının arxasında kimlərin durduğu maraqlıdır…Lənkəran rayon Polis Şöbəsinin rəisi Fəqan Azadəliyev, əgər, cinayət işinin istintaqı aparılırsa, niyə azyaşı qızı təcavüzə məruz qoyan şəxs mükafat olaraq, Xızıya göndərilir? Hörmətli Daxili İşlər Naziri Vilayət Eyvazov, sizcə eyni yerdə xidmət edən polis əməkdaşları biri digərinin istintaqını obyektiv apara bilərmi?

Qeyd edək ki, işin istintaqını Lənkəran rayon polis şöbəsinin əməkdaşı Bəyəmir Cahangirovun apardığı bildirilir.
 



Ana səhifəyə qayıt        Baxış: 2 944          Tarix: 20-08-2020, 14:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma