Xəbər lenti


Baş Prokurorluğun Abşeron rayon İcra Hakimiyyətində əməliyyat keçirməsi və həbslərin olması barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.
 
Bu barədə Modern.az-a icra hakimiyyətindən məlumat verilib.
 
Məlumatda qeyd edilir ki, icra hakimiyyətində heç bir əməliyyat keçirilməyib:
 
"Bu yanlış xəbərdir. Bir neçə ay bundan əvvəl yayılmış əsassız informasiyanı yenidən məqsədli şəkildə tirajlayıblar. İcra Hakimiyyətində heç bir əməliyyat keçirilməyib, məlumat tam yanlışdır".

Xatırladaq ki, bəzi saytlar dünən Abşeron rayon icra hakimiyyətində prokurorluq tərəfindən əməliyyat tədbiri keçirilməsi və bir neçə vəzifəli şəxsin həbs olunması barədə məlumatlar yayıb.



Ana səhifəyə qayıt        Baxış: 2 479          Tarix: 24-02-2021, 13:17      

Xəbəri paylaş


Paylaş:   

Prizma