Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
Baş Prokurorluq və Dövlət Gömrük Komitəsinin Mətbuat xidmətləri birgə məlumat yayıb.Birgə məlumatda deyilir:
"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən gömrük rəsmiləşdirilməsi zamanı süründürməçiliyə yol verilməklə qeyri-qanuni
tələblərin irəli sürülməsi barədə 30 mart 2021-ci il tarixdə daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə
Baş İdarəsində (KQMBİ) ilkin araşdırma aparılmaqla birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Aparılan əməliyyat-istintaq tədbirləri zamanı Bakı Baş Gömrük İdarəsinin Xüsusi Gömrük prosedurları şöbəsinin rəisi Aydın
Eylazov, həmin struktur qurumun Gömrük prosedurları və ödənişləri şöbəsinin baş inspektorları Elmar Mirzəyev və Emin
Xəlilov, "İpək Yolu" gömrük postunda inspektor işləyən Mirağa Ağayev, habelə "Global Broker" MMC-nin direktoru olmaqla
"D2D Logistics" MMC-də gömrük işləri üzrə mütəxəssis işləyən Ceyhun Şabanovun idxal olunan malların gömrük orqanından
çıxarılmasının tezləşdirilməsi, eləcə də, müəyyən malların sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumları və
vergilərin 3 faizi miqdarında müəyyən edilmiş məbləğdən idxal və əlavə dəyər vergisi üzrə ödənilməli olan pul vəsaitinin büdcəyə
ödənilməyərək malın gömrük nəzarətindən buraxılmasına şərait yaradılması müqabilində müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində
istəməklə almaları və vəzifə səlahiyyətlərin sui-istifadə etmələrinə əsaslı şübhələr müəyyən olunub.
Qeyd olunanlarla bağlı 17 may 2021-ci il tarixdə KQMBİ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar
rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb.
Toplanan sübutlar əsasında Elmar Mirzəyev, Emin Xəlilov, Mirağa Ağayev, Ceyhun Şabanov və Aydın Eylazov şübhəli şəxs
qismində tutulublar.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirlərinin həyata keçirilməsi davam etdirilir.
İstintaqın gedişatı ilə əlaqədar ictimaiyyətə əlavə məlumatın verilməsi təmin ediləcəkdir".
Bakı Baş Gömrük İdarəsində həbslər davam edir. Bakı Baş Gömrük İdarəsi rəisi Kənan Məmmədovun köməkçisi Elnur Quliyev
də saxlanılıb.
Xatırladaq ki, həbsləri Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsi həyata keçirir.
***
15:01:
Bakı Baş Gömrük İdarəsində həbslər davam edir. Maliyyə şöbəsinin inspektoru Elnur Sadiqov da saxlanılıb.
***
Bakı Baş Gömrük İdarəsinin daha bir vəzifəli şəxsi həbs olunub. Avropa.info-nun verdiyi məlumata görə, təqribən 1 saat öncə
Korrupsiya qarşı Mübarizə Baş İdarəsi və DGK-nın Əməliyyat İstintaq baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük İdarəsinin Xüsusi
prosedurlar şöbəsinin rəisi Aydın Eylazovu həbs ediblər.
Qeyd edək ki, dünən də Baş prokuror yanında Korrupsiya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları Bakı Baş Gömrük
İdarəsində əməliyyat keçirib.
Əməliyyat zamanı içərisində İdarənin yüksək vəzifəli şəxslərinin rüşvət alarkən tutulduğu qeyd edilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən bildirib ki, bununla bağlı ictimaiyyətə daha sonra ətraflı məlumat veriləcək.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar