Xəbər lenti
Bu gün, 17:12
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşının dələduzluq etməsi ilə bağlı rayon prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bu barədə "Report"a Bərdə Rayon Prokurorluğundan məlumat verilib.
Aparılmış istintaq zamanı müəyyən edilmişdir ki, Quliyev Elvin Afiq oğlu FHN-nin Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə dəstəsinin inspektoru vəzifəsində işləyərkən tanışı Fikrət Hüseynovun övladı Rüfət Hüseynovu həmin Xidmətdə yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyini yalandan vəd verib 2021-ci ilin fevralın 15-də Fikrət Hüseynovdan 10 min manat məbləğində pulu alaraq öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, bu əməli ilə də sonuncunu rüşvət verməyə təhrik etmişdir.
Elvin Quliyev Cinayət Məcəlləsinin 178.2.3 (dələduzluq şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 178.2.4 (dələduzluq xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4,312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar