Xəbər lenti
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
Senzor.az saytının bugünkü təndiq hədəfi yenə Ovqat.com oldu.
Saytımızda bu səhər dərc olunan Bakı şəhəri üzrə Təhsil İdarəsi ilin ən çətin həftəsində necə işləyir? – FOTO-FAKT sərlövhəli yazını incələyən “Senzor”un diqqətini daha çox, yazının təqdimat şəkili cəlb edib. Görünür, şəkildəki şəxsi tanıya bilməyən dəyərli həmkarımız soruşur: “Saytda baş yazıda şəklini verdiyiniz bu xanım kimdir, Heydər Oğuz? YAXUD OVQAT.COM-UN FOTO-FAKTLI QEYDLƏRİNƏ FOTO-FAKTLI İRAD”.
Dəyərli həmkarımızın bu sualına cavab olaraq bildiririk ki, yazıda şəkilini verdiyimiz xanım Vəliyeva Mehriban Hidayət qızıdır. Təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. Yəni artıq 10 aydır ki, Bakıdakı ümumtəhsil məktəblərinin işini tənzimləyən insan bu xanımdır. Biz də yazımızda yeni tədris ilinin ən mürəkkəb və işgüzar həftəsində BŞTİ-nin binasının qapısına “Qəbul yoxdur” elanının yapışdırıldığını görüb, şəkilini çəkərək dərc etmişdik. Yazının təqdimatı şəkili yerində isə idarənin rəhbəri Mehriban Vəliyevanın fotosunu vermişdik.
“Senzor”un iradını dost tənqidi kimi qəbul edir, bundan sonrakı fəaliyyətimizdə təqdimat şəkillərinin də altına bəzən xüsusi qeydimizi yazmağa çalışacağıq.
BŞTİ rəhbəri barədə daha müfəssəl məlumat (Mətn nöqtə-vergülünə toxunulmadan BŞTİ-nin rəsmi saytından götürülüb. “Senzor” burada da səhv tapacaqsa, bizim ayağımıza yazmasın):
Vəliyeva Mehriban Hdayət qızı 1964-cü ildə Bakı şəhərində anadan olub.
Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Filologiya üzrə fəlsəfə doktorudur.
1989-cu ildən pedaqoji fəaliyyətə başlayıb, Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib.
2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb.
"Ən yaxşı müəllim", "İlin ən yaxşı pedaqoji mühazirəsi", Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqələrinin qalibidir.
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülüb. Dəfələrlə "Fəxri fərman", "Diplom" və "Təşəkkürnamə" ilə təltif olunub.
Azərbaycan, Amerika, İsrail, Cənubi Koreya, Niderland və digər ölkələrdə ixtisasartırma kursları keçib. Dövlət İmtahan Mərkəzi və Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə ekspert kimi əməkdaşlıq edib.
Bir sıra dərslik, dərs vəsaiti və məqalələrin müəllifidir.
Yeni Azərbaycan Partiyasının və Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvüdür.
Təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
Ailəlidir, 3 övladı var.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar