Xəbər lenti
Bu gün, 16:00
Bu gün, 14:26
Bu gün, 11:22
Bu gün, 11:00
Dünən, 19:25
Dünən, 18:39
Dünən, 16:30
Dünən, 14:00
Dünən, 12:33
Dünən, 12:17
Dünən, 10:55
26-11-2024, 23:32
Qondarma “DQR”-in “Müdafiə naziri” Mixail Arzumanyan istefa verib.
Ovqat.com xəbər verir ki, istefanın səbəbi hələ bəyan olunmayıb.
Məlumata görə, Müdafiə naziri vəzifəsini “Arsaxın Müdafiə Ordusunun Baş qərargah rəisi” Kamo Vardanyan tutacaq.
"Ovqat"ın şərhi
Qeyd edək ki, 10 noyabr Bəyanatına əsasən, erməni hərbi birləşmələri rus “sülhməramlıları”nın bölgədə yerləşdirilməsinə paralel olaraq Qarabağı tərk etməli idilər. Qondarma qurum isə indiyədək “Müdafiə Nazirliyi” adlı saxta strukturu saxlayır. Bu da Rusiyanın öz öhdəlik borcunu yerinə yetirmədiyinin ən mühüm dəlilidir və rəsmi Bakı Moskva ilə görüşlərində dəfələrlə bu faktı dilə gətirib. Mümkündür ki, Moskva da artıq Azərbaycanın haqlı iradlarını nəzərə alıb saxta qurumun ləğvini əmr etsin.
Bu ehtimal doğrudursa, təkcə Arzumanyanın istefası ilə problem bitmir, saxta struktur da özünü buraxdığını elan etməlidir. Qondarma qurum isə "Müdafiə naziri"nin səlahiyyətlərini "Baş qərargah rəisi"nə tapşırmaqla bu təxribatçı mövqeyindən əl çəkmək istəmədiyini göstərir.
Digər maraqlı məqam isə Arzumanyanın istefasının rus “sülhməramlı” komandiri Rüstəm Muradovun öz postunu təhvil verməsi ilə eyni ərəfəyə düşməsidir. Qeyd edək ki, Rüstəm Muradovun səlahiyyət müddəti may ayında 6 ay uzadılmışdı. Dolayısıyla onun öz postunu tərk etməsinə hələ 1 ay qalırdı və bu vəzifə dəyişikliyini ancaq fövqəladə hal kimi qiymətləndirmək olar. Bəzi iddialara inansaq, Rüstəm Muradov erməni komandirlərlə cinayət əlaqələrinə girir, rüşvətxorluq, qadın ticarəti ilə məşğul olurmuş. Hətta erməni qadınlarının rus “sülhməramlı” əsgərlərinə bazarlandığı da iddialar arasındadır. Məhz bu səbəbdən rus “sülhməramlı” əsgərləri arasında bir çox dəri-zöhrəvi xəstəliklərinin yayıldığı da bildirilir. Təsdiqlənməmiş məlumatlara inansaq, Muradovun bu səbəbdən işdən uzaqlaşdırıldığı və hazırda fəaliyyətinin Rusiya hərbi dairələri tərəfindən ciddi şəkildə araşdırıldığı qeyd olunur. O da mümkündür ki, “DQR”-in “Müdafiə naziri” də Muradovla birgə əməkdaşlıq fəaliyyətinə görə cəzalandırılsın.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar