Sabirabadda rayon mərkəzi ilə yanaşı, bir çox kəndlərdə də, elektrik sayğacları smartkart tipli sayğaclarla əvəz olunub. Lakin sayğaclar smartkartla əvəzlənsə də, vətəndaşlar elektrik enerjisinin yüklənməsində hələ də problem yaşayırlar.
Ovqat.com məlumat verir ki, buna səbəb kartların yüklənməsi üçün lazım olana avadanlığın kifayət qədər olmamasıdır.
"Azərpoçt"un Sabirabad filialından bildirildi ki, ümumilikdə "Azərişıq” tərəfindən Poçta 6 ədəd qurğu verilib, bu qurğulardan ikisi rayon mərkəzində, 4-ü isə yaxın kəndlərdə quraşdırılıb.
''Azərişiq'' Açıq Səhmdar Cəmiyyətinin İnformasiya Texnologiyaları Departamentinin direktoru Qalib Valehov deyir ki, problemdən xəbərdardırlar.
Smartkartlı sayğaclar artdıqca sözügedən qurğuların quraşdırılma prosesi də davam edəcək./Xezerxeber.az/
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Paylaş: