
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın Rusiya-Ukrayna müharibəsinə yanaşmasını bir daha təkrarlayıb.
"Ədalətli və davamlı sülhün təmin olunması üçün bütün gücümüzlə çalışmaya davam edəcəyik", - deyə o bildiirb.
Oxu.Az-ın "Anadolu"ya istinadən verdiyi xəbərə görə, prezident Ərdoğan 4-cü Krım Platforması Liderlər Zirvə toplantısına göndərdiyi videomüraciətdə müharibənin dördüncü ili başladığı üçün danışıqlara əsaslanan diplomatik yanaşmaların gücləndiyini vurğulayıb və davamlı sülhə ümid etdiyini bildirib.
O, həmçinin, ötən həftə Ankarada Ukrayna Prezidenti Volodimir Zelenski ilə bu mövzuda danışıqlar apardığını və Türkiyənin bu prosesə daha çox töhfə verməyi hədəflədiyini bildirib. Ərdoğan 2025-ci ilin sülhün bərqərar olacağı bir il kimi yadda qalacağına ümid etdiyini deyib və Ramazan ayının bütün dünyaya sülh və əmin-amanlıq gətirməsini arzulayıb.
Paylaş: