Xəbər lenti

 
Naxçıvanın Maliyyə naziri Rafael Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanlarına məhəl qoymur.
 
Ovqat.com-a bu barədə məlumat nazirlikdəki mənbələrdən verilib.
 
Mənbəmizin bildirdiyinə görə, Prezident İlham Əliyevin 1 mart 2022-ci il  tarixli 1616 nömrəli fərmanına əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin aylıq vəzifə maaşına 1 misli həcmində əlavə müəyyən edilib: “Lakin imzalanmasının üzərindən 4 ay keçməsinə baxmayaraq bu fərman hələ də Muxtar Respublika ərazində icra olunmur. Fərmanın icra olunmamasının səbabkarı isə Naxçıvan MR maliyyə naziri Rafael Əliyevdir”, - deyə mənbəmiz vurğulayır.
 
Bəs, Rafael Əliyev adlanan bu adam Prezident Fərmanına məhəl qoymayacaq qədər böyük cəsarətini hardan alır?
 
Mənbəmiz görünən “dağın bələdçiyə ehtiyacı olmadığını” bildirərək, bu suala cavab verməyi bizim və oxucularımızın öhdəsinə buraxdı.
 
Qeyd edək ki, Rafael Əliyev 19 avqust 2020-ci il tarixində Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovun Fərmanı ilə indiki vəzifəyə təyin olunub. Bundan əvvəl isə o, Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində çalışıb. 
 
Görünür, Rafael Əliyevin Prezident Fərmanına məhəl qoymayacaq qədər böyük cəsarəti Vasif Talıbovun şifahi göstərişindən qaynaqlanır. Axı o, mandatını İlham Əliyevdən yox, Vasif Talıbovdan alıb.
 


Ana səhifəyə qayıt        Baxış: 6 368          Tarix: 3-05-2022, 06:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma