Xəbər lenti

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı tövsiyə edib.

Bu barədə FHN-dən bildirilib.

İyun ayının 10-da axşam saatlarından etibarən Daşkəsən rayonunda yağan güclü yağış nəticəsində bəzi dağ çaylarından qısamüddətli sel keçib, bir sıra kommunikasiya xətlərinə, körpülərə, vətəndaşların təsərrüfatlarına ziyan dəyib, bir neçə avtomobili sel aparıb. Hadisə nəticəsində xəsarət alan olmayıb", - nazirlik qeyd edib.

Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək sel və daşqın təhlükəli ərazilərdən uzaq durmağı, belə bir təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmağı və Nazirliyin “112” qaynar telefon xəttinə məlumat verməyi tövsiyə edir", - nazirlikdən əlavə edilib.



Ana səhifəyə qayıt        Baxış: 2 588          Tarix: 12-06-2022, 23:54      

Xəbəri paylaş


Paylaş:   

Prizma