 
Xəbər lenti
		Bu gün, 20:21
	
	
	
		Bu gün, 19:38
	
	
	
		Bu gün, 17:40
	
	
	
		Bu gün, 17:00
	
	
	
		Bu gün, 15:30
	
	
	
		Bu gün, 15:26
	
	
	
		Bu gün, 12:58
	
	
	
		Bu gün, 11:16
	
	
	
		Bu gün, 10:28
	
	
	
		Bu gün, 09:12
	
	
	
		Dünən, 17:12
	
	
	
		Dünən, 15:30
	
	
	
		Dünən, 13:30
	
	
	

Ermənistan silahlı qüvvələrinin atdığı raket nəticəsində Gəncə şəhərində dağılmış binada axtarış-xilasetmə işləri yekunlaşıb. Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirib:
“Xəbər verildiyi kimi, humanitar atəşkəs rejimini kobud şəkildə pozan Ermənistan ordusunun 11 oktyabr 2020-ci il tarixində gecə saat 2.00 radələrində döyüş bölgəsindən tamamilə kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəyə atdığı raket nəticəsində yaşayış binası tamamilə dağılıb, bina sakinləri dağıntılar altında qalıb".
"Dərhal əraziyə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən dağıntılar altından xəsarət almış 17 nəfər və 9 nəfərin cəsədi çıxarılıb. Aidiyyəti qurumların məlumatına əsasən dağıntılar altında qalan insanın olmadığı nəzərə alınaraq, axtarış-xilasetmə işləri yekunlaşdırılıb", - deyə məlumatda bildirilib.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.
 	    
 	
	Xəbəri paylaş
	
			
		 
		  
            
 Paylaş:
Bənzər məqalələr
  Seçilənlər
 Prizma 
Söhbət
 Ədəbiyyat və mədəniyyət
Video
 Ən çox oxunanlar






 
  
  
  
  
 





















