Xəbər lenti

 
İranın Şərqi Azərbaycan vilayətinin nümayəndələri bu gün Naxçıvana səfər ediblər.
 
Ovqat.com-un məlumatına görə, Muxtar Respublikanın qonaqları İranla Naxçıvan arasındakı turizm əlaqələrini genişləndirmək üçün iki təklif irəli sürüblər.
 
Əvvəla, qonaqlar Muxtar Respublika rəsmiləri ilə görüşlərində Naxçıvandakı hotellərin bahalığından gileyləniblər. Onlar MR rəhbərliyindən qiymətlərin aşağı salınmasını istəyiblər.
 
Qonaqların ikinci istəyi Naxçıvandan Məşhədə birbaşa sərnişin qatarı marşrutunun açılması olub. Şərqi Azərbaycan Vilayətinin Səyahət Agentlikləri Assosiasiyasının rəhbəri Rəşid Rəcəbpur bu tələbi dilə gətirib. 
 
Onun sözlərinə görə, Naxçıvandan İrana daha çox alış-veriş və tibbi məqsədlər üçün gedirlər. “Bizim istəyimiz budur ki, dəmir yolu açılsın, Naxçıvanlılar Məşhədə də rahat gələ bilsinlər. İndi onlar əvvəlcə Təbrizə, oradan da Məşhədə gəlirlər", - deyə o söyləyib.
 
O həmçinin əlavə edib ki, Naxçıvanla İranın Məşhəd şəhəri arasında birbaşa dəmir yolu xətti var və “bu yolun açılması çox yaxşı olardı".
 
Nəzərə alsaq ki, Məşhəd yolçularının indiki marşrutu Şərqi Azərbaycan yetkililəri üçün daha səmərəlidir və “məşhədi” olmaq istəyən naxçıvanlılar ilk əvvəl Təbrizi ziyarət edirlər, o aman Ağayi Rəşid Rəcəbpurun öz ziyanlarına olan bu istəyi təəccüb doğurur. Belə anlaşılır ki, Şərqi Azərbaycan vilayətinin nümayəndələri Naxçıvanla Təbriz arasında gediş-gəlişi asanlaşdırmaq yox, Naxçıvanda “məşhədi istehsalı” ilə məşğul olmaq istəyirlər.




Ana səhifəyə qayıt        Baxış: 5 199          Tarix: 24-06-2022, 20:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma