Xəbər lenti
Bu gün, 19:19
Bu gün, 18:37
Bu gün, 17:30
Bu gün, 16:59
Bu gün, 15:15
Bu gün, 14:35
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Naxçıvan Muxtar Respublikası DİN-nin əməkdaşlarından redaksiyamıza bir neçə məlumat daxil olub.
Ovqat.com-a adının açıqlanmasını istəməyən bir polis əməkdaşının yazdığına görə, Muxtar Respublikada işləyən Azərbaycan Polis Akademiyasının məzunları Prezident Administrasiyasının qarşısına etiraz aksiyası keçirməyi planlaşdırırlar.
Bildirilir ki, planlaşdırılan etiraz aksiyasının ilk tələbi polis geyim forması ilə əlaqədardır. Məlum olduğu kimi, Azərbaycan DİN artıq 2 ildən çoxdur ki, yeni formalara keçib. Nazirliyin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu geyim dəyişikliyini hansı zərurətdən doğduğunu şərh edərkən deyib:
“Bu yenilik dövlət başçısının Daxili İşlər Nazirliyinin rəhbərliyinə verdiyi göstərişin icrası ilə əlaqədar oldu. Belə ki, göstərişdə bayır xidmətində olan polis əməkdaşlarının daha müasir və rahat, həmçinin, daha keyfiyyətli materialdan olan yeni geyim forması ilə təmin olunması tələb olunurdu. Bununla əlaqədar DİN tərəfindən müvafiq tədbirlə görüldü və artıq bildiyiniz kimi ötən gündən başlayaraq Yol Patrul Xidməti əməkdaşları bu müasir xüsusi geyim formasından istifadə edirlər. Yaxın vaxtlarda bayır xidmətində olan digər polis əməkdaşları da bu forma ilə təmin ediləcəklər. Yeni formaları müasirliyindən və yüksək keyfiyyətindən əlavə həm də bayır xidmətində olan əməkdaşlarımızın təhlükəsizliyi baxımından da önəmlidir. Belə ki, gecə vaxtı bu formalar həm də işıq əksetdirmə qabiliyyətinə malikdir”.
Şəkillərdə: Azərbaycan polisinin yeni geyim formaları
Naxçıvan rəhbərliyi isə, böyük ehtimalla, “gözündəki müstəqillik qurdunu öldürmək” üçün hələ də geyim dəyişikliyinə getmək istəmir. Bu isə Naxçıvan polislərində haqlı narazılıq yaradır. Söhbət təkcə ondan getmir ki, “xan” rejiminin “müstəqillik” addımları hər bir vicdanlı naxçıvanlı kimi, Azərbaycan Polis Akademiyasını bitirən asayiş keşikçilərini də narahat edir. Sohbət həm də ondan gedir ki, yeni geyimlər bir çox baxımdan daha rahatdır. Məsələn, yeni geyimlərdə yay vaxtı qoluqısa polis köynəyi də nəzərdə tutulur. Azərbaycanın ən qızmar guşəsi olan Naxçıvanda isə nəinki polislərin, hətta heç bir məmurun qoluqısa köynək geyinmək hüququ yoxdur.
Bundan əlavə, yeni geyimlər keyfiyyətli parçadan tikildiyindən polis əməkdaşlarında müxtəlif dəri qıcıqlandırıcı xəstəliklərə yol açmır. Köhnə geyimlər isə bu standartlara da cavab vermir. Məhz bu neqativliklərin aradan qaldırılmasını tələb edən Naxçıvan polisləri öz ərzi-gileylərini Silahlı Qüvvələrin Baş Komandanı İlham Əliyevin diqqətinə çatdırmaq niyyətindədirlər.
Şəkillərdə: Naxçıvan polislərinin geyim formaları
Etiraz aksiyasına hazırlaşan polislərin ən mühüm tələbi Azərbaycan Polis Akademiyasının məzunları olaraq Naxçıvanda qarşılaşdıqları repressiyalarla bağlı olacaq.
“Bildiyimiz kimi, Naxçıvan DİN-də Polis Akademiyasının məzunları zaman-zaman represiyalara məruz qalmışlar. Naxçıvanın sabiq daxili işlər nazirləri Əhməd Əhmədovun və Fazil Ələkbərovun dövründə bu sinsitmə işi indiki qədər kəskin aparılmırdı. Lakin Naxçıvanın hazırki Daxili İşlər naziri, polis polkovniki Rəşad İsmayılov tərəfindən bizə qarşı daha dərin repressiya siyasəti aparılır. Bunun bir neçə səbəbi var. Naxçıvandakı Polis Akademiyasının məzunları olan polis zabitləri Azərbaycan Respublikasına və onun qanunlarına sadiqdirlər. Buna görə də bir çox məqəmlarda onlar Vasif Talıbovun və Rəşad İsmayılovun qanunsuz göstərişlərini yerinə yetirmirlər. Çünki dərk edir ki, heç bir hüquqi əsası olmayan əmr və göstərişləri icra etmək qanun pozuntusdur. Digər səbəb isə Naxçıvan DİN-in Orta ixtisas polis məktəbini bitirən savadsız kadrlar üçün vakant yerlər açmaqdır.
Naxçıvan DİN-də aparılan repressiyaların nəticəsidir ki, peşəkar kadrlar burada xidmət etmək istəmirlər. Əvvəlki nazirlərin dövründə də bu kimi hallar olurdu. Allah Əhməd Əhmədovun və Fazil Ələkbərovun atasına rəhmət etsin. Onların dönəmində getmək istəyənə problem yaradılmırdı. Lakin Naxçıvanın indiki Daxili İşlər naziri, heç bir məsələdən anlayışı olmayan, iradəsiz Rəşad İsmayılovun yürütdüyü siyasət nəticəsində Polis Akademiyasının məzunları şəxsi işləri ləkələnərək xidmətdən xaric olunurlar”, - məktubda vurğulanır.
Naxçıvanın peşəkar polisləri də məhz bu repressiyalara son qoyulması tələbilə Prezident Administrasiyasının qarşısında etiraz aksiyasını keçirmək istəyirlər: “Bizim məqsədimiz Prezident İlham Əliyevə qarşı addım atmaq deyil. Əksinə, Azərbaycan Prezidenti kimi ona sığınır və bizi bu zillətdən qurtarmasını xahiş edirik”, - məktubda qeyd olunur.
Redaksiyamıza göndərilən digər məktubda Naxçıvan DİN-in nazir Rəşad İsmayılov tərəfindən idarə olunmadığı iddia edilir. Sən demə nazirlik onun yaxın qohumu Nizami Abdullayev adlı bir şəxs tərəfindən idarə olunurmuş.
Bəs, Nizami Abdullayev kimdir?
Gəlin, bu suala bizə ünvanlanan məktubda cavab axtaraq:
“Nizami Abdullayev təqaüddə olan polis əməkdaşıdır. O barmağını hansı tərəfə göstərsə Rəşad İsmayılov da o tərəfə gedir. Görün, “xan” polis kimi mühüm strukturu kimlərin öhdəsinə buraxıb?
Rəşad İsmayılov tez-tez Nizami Abdullayevin evinə gedib ondan məsləhətlər alır. Bunu hardan bilirik? Nizami Abdullayevin oğlu Türkay Abdullayev Babək RPİ-də polis sahə inspektoru vəzifəsində çalışır. Türkay Abdullayevin dediyinə görə, nazir Rəşad İsmayılov tez tez onlara gəlib onun atasından kömək istəyir. Biz deyəndə ki, Rəşad İsmayılov işbilməz insandır, heç kim bizə inanmırdı”.
Redaksiyamıza göndərilən 3-cü məktubda şəxsi işi ləkələnən polislərdən bəhs olunur. Məlum olduğu kimi, Naxçıvanda əsasən Azərbaycan Polis Akademiyasının məzunları ləkələnirlər. Bu dəfə də bu ənənə pozulmayıb:
“Şəxsi işi ləkələnən polis zabitlərindən biri də Çərkəz Əkbərovdur. O 2019 – cu ildə Polis Akademiyasının bitirərək, Şərur Rayon Polis İdarəsinə polis sahə inspektoru vəzifəsinə təyinat alıb. Lakin 3 il sərasər davam edən sıxışdırmaların nəticəsidir ki, Çərkəz Əkbərov 2 gün əvvəl ləkələnərək işdən azad olundu”, - məktubda deyilir.
Bildirildiyinə görə, “ləkələnmə növbəsini gözləyən” digər polis əməkdaşı Şirzad Baxşəliyevdir.
“Şirzad Baxşəliyev 2019-cu ildə Polis Akademiyası bitirərək, Ordubad RPŞ-yə polis sahə inspektoru vəzifəsinə təyin edilib. Daha sonra Nazirliyin Cinayət Axtarışı İdarəsinə əməliyyat müvəkkili vəzifəsinə təyin edilib. 2 gün əvvəl isə qərəzli formada Culfa RPŞ-yə polis sahə inspektoru vəzifəsinə təyin edildi. Bununla da işbilməz nazir Rəşad İsmayılov Şirzad Baxşəliyevin ləkələnərək işdə azad olunmasına zəmin yaradır”.
Polis əməkdaşı yazır ki, yaxın günlərdə bizə xidmətdən xaric olmaq istəyən supriz şəxslər haqqında məlumat verəcək. Səbrsizliklə, Naxçıvandan gələsi yeni məktubları gözləyirik.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar