Xəbər lenti

Dünən Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu imtahanında Riyaziyyat fənninə aid test tapşırıqlarının öncədən müsabiqə iştirakçılarına paylandığı iddia edilir.

"AzPolitika.info" xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov özünün "feysbuk" hesabında paylaşım edib: “Azərbaycan Respublikası Təhsil Nazirliyi nin dünən keçirdiyi Müəllimlərin işə qəbulu imtahanında Riyaziyyat fənni üzrə olan imtahanda istifadə olunmuş sualların imtahandan öncə bəzi iştirakçılara müəllif-ekspert tərəfindən göndərilməsi barədə çoxsaylı müraciətlər var. Əgər həqiqətən də bu fakt təsdiqini taparsa, böyük səriştəsizlik, bacarıqsızlıq nümunəsi olacaqdır. Həqiqətən də, bir sual belə, öncədən göndərilibsə, sizə söz verirəm, bütün təşkilatçıların, o özü özünü yoxlamağa gələn də daxil olmaqla, istefasını təmin edəcəyəm. Kiminsə taleyi ilə oynamaq hüquqları yoxdur”.

Təhsil eksperti həmçinin, ölkənin hüquq-mühafizə orqanlarına müraciət edərək, məsələnin araşdırılmasını xahiş edib: “Azərbaycan Respublikasının Baş Prokurorluğu, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti, zəhmət olmasa, ciddi şəkildə araşdırın, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dünən keçirilən Müəllimlərin işə qəbulu imtahanında Riyaziyyat fənni üzrə test tapşırıqları öncədən paylanılıb. Bütün təşkilatçıların, ora yoxlamağa gələnin də təcili olaraq İSTEFA verməsini tələb edirəm”.




Ana səhifəyə qayıt        Baxış: 2 654          Tarix: 16-07-2022, 18:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma