Xəbər lenti

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası başlayıb.

“Report”un məlumatına görə, iclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmandan irəli gələn məsələlər müzakirə olunur.

İclasda AMEA-nın prezidenti vəzifəsini icra edən Arif Həşimov, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva və Rəyasət Heyətinin üzvləri iştirak edirlər.

İclasa akademiyanın institut və təşkilat direktorları da qatılıb.




Ana səhifəyə qayıt        Baxış: 4 303          Tarix: 29-07-2022, 11:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma