Xəbər lenti


İyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

Ovqat.com xəbər verir ki, Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.

Məlumata görə, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub.

Qeyd olunan istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.




Ana səhifəyə qayıt        Baxış: 3 549          Tarix: 31-07-2022, 12:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma