Xəbər lenti

Dövlət büdcəsində 2022-ci il üçün daxili dövlət borclanmasının yuxarı həddi 1100,0 mln. manat, xarici dövlət borclanmasının yuxarı həddi 600,0 mln. manat, il ərzində veriləcək dövlət zəmanətlərinin məbləğinin yuxarı həddi 800,0 mln. manat müəyyən edilib.

Apa xəbər verir ki, bu, Hesablama Palatası tərəfindən hazırlanan “2022-ci il Dövlət büdcəsinin icrasına dair yarımillik məlumat”da əksini tapıb.

Qeyd edilib ki, 1 iyul 2022-ci il tarixinə ümumi dövlət borcu ÜDM-in 14,7%-ni, o cümlədən xarici dövlət borcu ÜDM-in 11,7%- ni, daxili dövlət borcu isə ÜDM-in 3,0%-ni təşkil edib.

Ümumi dövlət borcunun artımı daxili borclanmanın artımı hesabına olub. Xarici dövlət borcunun məbləği azalıb, daxili dövlət zəmanətləri üzrə şərti öhdəliklər artıb. 6 ayda birbaşa xarici dövlət borcu 384,7 mln. manat azalmış, birbaşa daxili dövlət borcu 282,6 mln manat artıb. Ümumi şərti öhdəliklər 131,5 mln. manat artıb. Nəticədə ümumi dövlət borcunda 29,4 mln. manat artım qeydə alınıb. Dövrün əvvəli ilə müqayisədə daxili zəmanətlər üzrə şərti öhdəliklər 177,5 mln. manat (31,6%) artıb.




Ana səhifəyə qayıt        Baxış: 2 656          Tarix: 12-08-2022, 21:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma