Xəbər lenti

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovla birgə həbs edilən keçmiş şöbə rəisinin müavini Orxan Osmanovun kassasiya şikayətinə baxılıb.

 apa xəbər verir ki, Ali Məhkəmədə İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.Qərara əsasən, Orxan Osmanovun kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq əməkdaşı, polkovnik Səlim Məmmədov, nazirliyin sabiq idarə rəisi, mayor Akif Əliyev, şöbə rəisinin müavini olmuş kapitan Orxan Osmanov 2015-ci ildə həbs olunublar.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12, Səlim Məmmədov 11, Akif Əliyev 5, Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum olunub.

Daha sonra Akif Çovdarov və Səlim Məmmədovun Əfv sərəncamları ilə azadlığa çıxıb. Akif Əliyev və Orxan Osmanovun isə cəza müddətləri başa çatdığından azadlığa buraxılıblar.




Ana səhifəyə qayıt        Baxış: 2 750          Tarix: 22-10-2022, 20:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma