Xəbər lenti

Ədliyyə Nazirliyinin Aparatının strukturuna Strateji planlaşdırma və monitorinq və Ədliyyə sahəsində xidmətlər baş idarələri daxil edilib.

APA xəbər verir ki, bu, Prezident İlham Əliyevin fərmanı ilə “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin strukturu”na edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, Təşkilat-nəzarət və Qeydiyyat və notariat baş idarələri ləğv edilib. Kadrlar Baş İdarəsinin əsasında isə İnsan Resursları Baş İdarəsi yaradılıb.

Eyni zamanda Ədliyyə Nazirlyinin Kollegiyasının üzvləri sırasından Təşkilat-nəzarət və Qeydiyyat və notariat baş idarələrinin rəisləri çıxarılıb, Strateji planlaşdırma və monitorinq və Ədliyyə sahəsində xidmətlər baş idarələrinin rəisləri əlavə edilib.




Ana səhifəyə qayıt        Baxış: 2 442          Tarix: 28-11-2022, 16:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma