Xəbər lenti


Bəzi qurumlar var ki, onlar qanunla qurulur. Bu zaman qanun onların dublikatının yaradılmasını nəzərdə tutmur. Məsələn, "Media haqqında” qanun yalnız Azərbaycanda 1 media agentliyinin fəaliyyətini nəzərdə tutur. Bu agentlik isə bütün Azərbaycan ərazisində olan medianın fəaliyyətini tənzimlənmək səlahiyyətindədir.

Bu sözləri Axar.az-a açıqlamasında media hüququ üzrə mütəxəssis Ələsgər Məmmədli Naxçıvanda ayrıca yaradılmış Medianın İnkişafı Agentliyi haqqında danışarkən deyib.

“Naxçıvan Azərbaycan ərazisidir. Bu baxımdan bu tipli istənilən media və tənzimləyici qurumların dublikatının Naxçıvanda təkrar yaradılması və Bakıda mövcud olan qurumun fəaliyyətinin həmin ərazilərdə dayandırılması və keçərsiz olması hüquqa ziddir.

Bu kimi hallar ilk dəfə deyil. Əvvəl də Bakıda Teleradio Şurası fəaliyyət göstərərkən, Naxçıvanda da ayrıca belə qurum yaradılmışdı”, - ekspert bildirib.

Ə.Məmmədli həmçinin vurğulayıb ki, ümumiyyətlə, Azərbaycanda paralel qurumlardan imtina edilməlidir:

“Bu qurumlar hökmən koordinasiyalı şəkildə mərkəzi quruma tabe olmalıdır”.




Ana səhifəyə qayıt        Baxış: 5 369          Tarix: 1-12-2022, 13:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma