Xəbər lenti


Deməyin ki, "trass"-dır, ay nə bilim nədir...mən müşahidə etmişəm Prezidentə görə bu vaxtlar bağlanmır... 

Bu sadəcə olaraq xalqı saymamaqdır, demək olar ki, həftə içi hər gün saat 07:30-08:00 arası 8-ci km-dən Koroğlu metrosu tərəfə çıxış bağlanır ki, hansısa məmur bağından işinə rahat getsin...
 
Həmin vaxtdan aləm dəyir bir-birinə, Mikayıl Əliyev küçəsi, Qara Qarayev prospekti tıxanır, Bakı kəndlərindən Qara Qarayev metrosuna gələn avtobuslar tələsərək alternativ yolları da tutur, yol ayrıcında hər kəs işə, məktəbə gecikdiyindən hətta səkiləri də bloklayırlar, siqnal, söyüş, qarğış ərşə çəkilir...

 
Əvvəllər eşidirdik ki, PA rəhbəri akademik Ramiz Mehdiyev Novxanıya bağa gedib gələndə 20 yanvar və s belə olurmuş, indi o da yoxdur ki, günahı ona yükləyək ki, bəlkə bu tərəfə köçüb. İndi mən o "2-ci, 3-cü...5-ci Ramiz Mehdiyev"-ləri axtarıram ki, deyəm ki, bu hərəkət "eşşəklikdir", belə etməyin, sizin 10-15 dəqiqə tıxacda qalmağınızdan "dövlət işi" dayanan deyil, siz isə eşşəkliyinizlə 100 minlərlə insanın işinə, dərsinə mane olursunuz...
 
Nazim Bəydəmirli, iqtisadçı ekspert, sabiq millət vəkili
Moderator.az



Ana səhifəyə qayıt        Baxış: 2 904          Tarix: 7-12-2022, 10:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma