Xəbər lenti

Bu gün Mərkəzi Bankın sədri Taleh Kazımovun təşəbbüsü ilə iqtisadi sahədə tanınmış mütəxəssislərin görüşü keçirilib. Mərkəzi Bankın əsas binasında keçirilən görüşə müstəqil və tənqidçi iqtisadçılar da dəvət olunub.

Modern.az-ın məlumatına görə, görüş barədə ReAl Partiyasının icra katibi Natiq Cəfərli bildirib.

“Açığı, gözləmədiyim halda çox maraqlı görüş və diskussiya oldu, Mərkəzi Bankın yeni təyin olunmuş sədri Taleh müəllimə dəvətə və səmimi müzakirələrə görə təşəkkür edirəm. Bir çox problemlərdən danışdıq, mən əsas 4 məsələni qaldırdım:

1) Vətəndaşlara valyuta satışına 20 min manatlıq məntiqsiz illik limit

2) Bank sisteminə xarici bankların birbaşa daxil olmasına yaradılan maneələrin səbəbləri

3) Azərbaycan iqtisadiyyatının institutsional zəif olması və bunun Mərkəzi bankın işinə mənfi təsirləri

4) Siyasi partiyalara və QHT-rə ianə toplamaq üçün xüsusi tətbiqlərə və proqramlara icazə verilməməsi məsələsi”, - N.Cəfərli deyib.

İqtisadçı bildirib ki, bütün suallara mümkün qədər açıq cavablar səslənib, sonda belə görüşlərin tez-tez keçirilməsinə qərar verilib.

“Görüşdə Rövşən Ağayev, Əkrəm Həsənov və digər mütəxəssislər iştirak edirdilər, Samir Əliyev isə dəvət alsa da, şəxsi işlərinə görə iştirak edə bilməmişdi. Gələn görüşdə Azər Mehtiyevin də iştirakını təklif etdim, sağ olsunlar, qəbul etdilər. İndi əsas məsələ belə görüşlərin pozitiv nəticələrə səbəb olmasıdır, məncə, mümkündür”, - N.Cəfərli söyləyib.




Ana səhifəyə qayıt        Baxış: 3 583          Tarix: 20-12-2022, 23:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma