Xəbər lenti

Azərbaycanda İran casus şəbəkələrinin ifşa olunması ilə bağlı əməliyyatlar davam edir.

Bakupost.az xəbər verir ki, bununla bağlı dünən Neftçala rayonunda da əməliyyat keçirilib.

Rayon polis əməkdaşları Xəyyam, Ramil və Rəhman adlı şəxsləri saxlayıb. Məlumata görə, Xəyyam bərbərliklə, digər iki şəxs isə xırda ticarətlə məşğul olublar.

Onların bu gün hakim qarşısına çıxarılacağı gözlənilir.

Qeyd edək ki, dünən İranın casus şəbəkəsinə qarşı DİN tərəfindən keçirilən əməliyyatlarda yeddi nəfər saxlanılıb.




Ana səhifəyə qayıt        Baxış: 3 855          Tarix: 1-02-2023, 10:34      

Xəbəri paylaş


Paylaş:   

Prizma