İyulun 21-də Bilgəh çimərliyində faciəvi şəkildə ölən 20 yaşlı Orxan Əkbərovun tələbə olduğu məlum olub.
Ovqat.com Lent.az-a istinadən xəbər verir ki, çimərlik ərazisində boğularaq ölən Orxan Əkbərov Dövlət İqtisad Universitetinin Əmtəəşünaslıq fakültəsinin 4-cü kurs tələbəsi imiş. Dostları onun fotolarını sosial şəbəkədə paylaşıblar.
*****
Bakıdakı çimərliklərdən birində ölüm hadisəsi baş verib. Lent.az xəbər verir ki, dünən saat 19 radələrində Sabunçu rayonu Bilgəh qəsəbəsi ərazisindəki çimərlikdə 1997-ci il təvəllüdlü Əkbərov Orxan Füzuli oğlu suda batıb. Ona tibbi yardım göstərilsə də, artıq gec olub və 20 yaşlı oğlan keçinib.
Faktla bağlı araşdırma aparılır.