Xəbər lenti

“Ədliyyə Nazirliyi tərəfindən çox mütərəqqi layihə tətbiq ediləcək”.

Oxu.Az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirilən iclasda deyib.

Onun sözlərinə görə, layihə sayəsində, nəinki seçkilərə qədər, hətta səsvermə günü belə kimsə dünyasını dəyişsə, dərhal məlum olacaq:

“Seçici siyahılarının dəyişməsi üçün 2 ay uzun müddətdir. Amma yeni layihə ilə biz səsvermə günü də kimsə dünyasını dəyişsə, biləcəyik. Bu, ilk dəfə bizdə tətbiq ediləcək. Penitensiar Xidmətdə də nazirlik səsverməni təmin edəcək”.

Aysel Aslan




Ana səhifəyə qayıt        Baxış: 3 906          Tarix: 16-12-2023, 17:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma