Xəbər lenti

Bu gün İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian ölkəsinin Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasına təyin edilmiş yeni Baş konsulu Əziz Mənsurini qəbul edib.

APA xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Görüşdə Abdullahian İran ilə Azərbaycan arasında qonşuluq siyasəti çərçivəsində əlaqələrə toxunaraq iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. Nazir bu xüsusda diplomatik nümayəndəliklərin əhəmiyyətini xatırladıb.

Mənsuri yeni vəzifəsi ilə bağlı iş planını nazirə təqdim edib.

Qeyd edək ki, Əziz Mənsuri bundan əvvəl İran XİN-də çoxtərəfli maliyyə-kommersiya, enerji və nəqliyyat əməkdaşlığı departamentinin rəhbəri vəzifəsində çalışıb.




Ana səhifəyə qayıt        Baxış: 2 742          Tarix: 3-01-2024, 23:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma