Xəbər lenti

Əməkdar artist Aygün Bəylər vəfat edib.

Axşam.az xəbər verir ki, o, bu gün Ankarada müalicə aldığı xəstəxanada dünyasını dəyişib.

Xəbəri onun yaxın dostu, Əməkdar artist Çingiz Əhmədov təsdiqləyib.

"Prodüseri Raminlə danışırdım, vəziyyəti yaxşı deyildi. İndi dedi ki, vəfat edib. Nəşini bu gecə Bakıya gətirəcəklər", - deyə aktyor əlavə edib.

Qeyd edək ki, Aygün Bəylər müalicə almaq üçün bir neçə gün əvvəl Ankaraya yollanmışdı.




Ana səhifəyə qayıt        Baxış: 4 155          Tarix: 6-01-2024, 21:14      

Xəbəri paylaş


Paylaş:   

Prizma