Xəbər lenti

Xaçmaz Gömrük İdarəsinin "Yalama" gömrük postunda Rusiyadan Azərbaycana Xarkov-Bakı sərnişin qatarı ilə gələn Ukrayna Respublikası vətəndaşının əl yüklərinə baxış keçirilib.

Publika.az Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, baxış zamanı, karton qutunun içində, gömrük nəzarətinə əvvəlcədən bəyan edilməyən - 4 ədəd üzük, 1 ədəd qolbaq, 1 cüt sırğa, 7 ədəd boyunbağı olmaqla, ümumi çəkisi 191 qram olan qızıldan hazırlanmış zərgərlik məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

 




Ana səhifəyə qayıt        Baxış: 772          Tarix: 5-08-2017, 13:56      

Xəbəri paylaş


Paylaş:   

Prizma