Xəbər lenti

 

22:24

Sumqayıtda yataqxanada partlayış olub.

Hadisə nəticəsində Fövqəladə Hallar Nazirliyinin 1 əməkdaşı və 1 nəfər polis serjantı tüstüdən zəhərlənib.

Ovqat.com Trend-ə istinadən bildirir ki,  hər iki nəfər Sumqayıt şəhər Təcili Yardım Xəstəxanasına aparılıb.

X X X

Sumqayıtda yataqxanada partlayış olub.

Ovqat.com Trend-ə istinadən bildirir ki, hadisə şəhərin 8-ci mikrorayonundakı yataqxanada baş verib. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir.

Partlayış yanğına çevrilib. Partlayışın yataqxananın 3-cü mərtəbəsində baş verdiyi deyilir. Hadisə yerinə şəhərin hüquq mühafizə idarəsinin əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi, Təcili Tibbi Yardım avtomobilləri cəlb edilib.

Hadisə nəticəsində ondan artıq şəxs zəhərlənmə ilə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

21:56

Sumqayıt Dövlət Universitetinin tələbə yataqxanasında yanğın baş verib.

Ovqat.com APA-ya istinadən xəbər verir ki, yanğın şəhərin İsmət Qayıbov küçəsində yerləşən yataqxananın üçüncü mərtəbəsində baş verib.  Hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.  
Yanğının səbəbi hələlik məlum deyil. 




Ana səhifəyə qayıt        Baxış: 828          Tarix: 5-08-2017, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma