Xəbər lenti

Avqustun 9-da müşahidə olunmuş faktiki hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən “Report”a bildirilib ki, əvvəlcədən xəbər verildiyi kimi bir neçə gün davam edən anomal isti hava şəraitindən sonra avqustun 9-da Abşeron yarımadasında 40-41, Bakıda isə 43 dərəcə isti qeydə alınıb. Bu da 2015-ci il avqustun 2-də müşahidə olunmuş 41 dərəcə rekord göstəricisinin təzələnməsinə səbəb olub. Əksər rayonlarda havanın maksimal temperaturu 35-40, bəzi yerlərdə 43 dərəcəyədək isti qeydə alınıb.

 




Ana səhifəyə qayıt        Baxış: 956          Tarix: 10-08-2017, 11:11      

Xəbəri paylaş


Paylaş:   

Prizma