Xəbər lenti

Yasamal rayonu Ş.Mehdiyev küçəsi 3 ünvanında naməlum şəxslər tərəfindən ağaclar kəsilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, “Qaynar Xətt”inə daxil olan şikayət əsasında nazirliyin əməkdaşları hadisə yerinə gedib.

Araşdırma zamanı sözügedən ünvanda 8 ədəd müxtəlif cinsli və diametrli meyvə ağaclarının naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktı aşkar olunub. Faktla bağlı Nazirliyin əməkdaşları tərəfindən akt tərtib edilib.

Təqsirkarların müəyyənləşdirilməsi və barələrində qanunamüvafiq tədbirlərin görülməsi məqsədilə Yasamal rayon Polis İdarəsinə müraciət edilib.




Ana səhifəyə qayıt        Baxış: 738          Tarix: 10-08-2017, 14:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma