Xəbər lenti

Dələduzluqda təqsirləndirilərək saxlanılan ekspert İlham İsmayıl sərbəst buraxılıb.

Oxu.Az-ın məlumatına görə, Nəsimi Rayon Məhkəməsində İ.İsmayılla bağlı istintaq orqanının təqdimatına baxılıb.

Məhkəmənin qərarı ilə onun barəsində həbs növündən olmayan digər qətimkan tədbiri seçilib.

Xatırladaq ki, İlham İsmayıl Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. O, dələduzluqda ittiham edilir.

İlham İsmayıl barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə cinayət işi başlanıb.




Ana səhifəyə qayıt        Baxış: 35          Tarix: Bu gün, 14:00      

Xəbəri paylaş


Paylaş:   

Prizma