Xəbər lenti

ABŞ Prezidenti Donald Tramp Pentaqonun rəhbəri Pit Heqsetlə Silahlı Qüvvələrin generalları və admiralları arasında keçirilən görüşü qeyri-adi hesab etmədiyini bildirib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Hill" nəşri məlumat yayıb.

"Burada nə var ki? Özünüzü elə aparırsınız ki, guya bu pis bir şeydir. Dünyanın hər yerindən insanların görüşmək üçün bura gəlməsi əla deyilmi?" - deyə ABŞ lideri vurğulayıb.

Daha əvvəl Heqsetin fövqəladə toplantı üçün yüzlərlə general və admiralı çağırdığı bildirilmişdi. Mənbələrin məlumatına görə, görüş sentyabrın 30-da Virciniya ştatının Kuantiko şəhərindəki ABŞ Dəniz Piyadaları bazasında baş tutacaq.




Ana səhifəyə qayıt        Baxış: 2 288          Tarix: Bu gün, 11:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma