Xəbər lenti

 

Yay aylarında Oğuzun Xaçmaz kəndini susuzluq məsələsində Afrikanın sudan əziyyət çəkən çöllükləri ilə müqayisə etmək olar. İş o yerə çatıb ki, Oğuzda insanlarla heyvanlar eyni yerdən su içir.

Nə siz yanlış eşitdiniz, nə də biz yalan söylədik. Göydən yağan yağış yerdəki mənbələri dağıtdığı üçün insanlar su tapmır. Bunu su idarəsinin rəsmisi iddia edir!

Sakinlər bildirilər ki, hər il yayda eyni problemlə üzləşirlər. Bir çox evlərə ümumiyyətlə su gəlmir, bəzi evlərə isə su əvəzinə lil gəlir. Xaçmaz kəndinin sakinləri bu mövsüm də “su” deyib hayqırırlar. Artıq 18-20 gündür ki, sakinlər içmək üçün su tapmır. Problem həm suyun gəlməməsi, gələndə də tərkibinin çirkli olmasındadır. İnsanlar dağətəyi zonadakı bulaqdan qablarla su gətirirlər. 

Питьевая вода, фото из архива

Antisanitariya vəziyyəti açıq-aşkar göz qabağındadır. Su hövzələrinin və boruların əsaslı təmirə ehtiyacı var. Sakinlər bu problemlə bağlı dəfələrlə su idarəsinə müraciət etdiklərini, buna baxmayaraq məsələnin həll olunmadığını bildirirlər. Qeyd edək ki, sudan həm kənd sakinləri, həm də mənbəyi açıq olduğu üçün heyvanlar istifadə edir.

Oğuz su idarəsindən bildirirlər ki, problem yağıntıların çox olmasından qaynaqlanıb. İdarənin əməkdaşı Bəylər Veridyev qeyd edib ki, mənbəyi sel suları dağıdıb və problem yaxın vaxtlarda həllini tapacaq.

Xaçmaz sakinləri isə hələ bir müddət də dözmək və heyvanlarla eyni mənbədən su içmək məcburiyyətindədirlər…

İlham Əhmədov







Ana səhifəyə qayıt        Baxış: 814          Tarix: 18-08-2017, 10:47      

Xəbəri paylaş


Paylaş:   

Prizma