Xəbər lenti

Generalların işində şahid ifadəsindən imtina etdi

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-texniki idarənin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Publika.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsinin hakimi Həbib Həsənovun sədrliyi ilə baş tutan prosesdə şahid qismində Füzuli Məhərrəmov ifadə verib.

O, qızıl-ziniyət əşyaları epizodu üzrə dindirilən şahid istintaqa verdiyi ifadəsini təsdiq etməyib. Məhkəmədə onun ifadəsi elan olunub. Bildirib ki, istintaq dövründə oxumadan imza edib.

Proses sentyabrın 7-də davam edəcək.




Ana səhifəyə qayıt        Baxış: 783          Tarix: 31-08-2017, 16:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma