Xəbər lenti

 İranda səfərdə olan Azərbaycan jurnalistləri Təbrizin müvəqqəti bələdiyyə sədri Məhəmmədhüseyn İshaqi ilə görüşüblər.

 APA-nın Təbrizə ezam olunmuş əməkdaşının xəbərində görə, səfərdə məqsəd gələn il Təbrizin “İslam turizm paytaxtı” seçilməsi ilə əlaqədar iki ölkə arasında turizm sahəsində əlaqələri daha da genişləndirməkdir.

 M. İshaqi azərbaycanlı jurnalistlərin səfərindən məmnun olduğunu deyib. O, Təbrizin tarixi, görməli yerləri barədə görüş iştirakçılarına məlumat verib. M. İshaqi deyib ki, 2018-ci ildə Təbrizin islam ölkələrinin paytaxtı seçilməsi şəhərin əhəmiyyətini göstərir.

 Bələdiyyə sədri iki ölkə arasındakı münasibətlərdən də danışıb: "Biz Azərbaycanla əməkdaşlığa mühüm yer veririk. Bakı çox müasir, inkişaf edən şəhərdir. Arzumuz budur ki, ikitərəfli əlaqələrimiz daha da inkişaf etsin".

 Sonra Təbriz şəhər parlamentinin sədri Şakur Əkbər Nicat çıxış edib. O, iki ölkə vətəndaşlarının eyni tarixi kökə malik olduğunu söyləyib.

 Qeyd edək ki, Təbriz bələdiyyəsinin təşkilatçılığı ilə Azərbaycan jurnalistləri Təbriz şəhərində səfərdədir. Səfər avqustun 30-dan sentyabrın 2-dək davam edəcək.




Ana səhifəyə qayıt        Baxış: 771          Tarix: 1-09-2017, 10:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma